Qubada “Peşəkar idarəçi” müsabiqəsinə start verilir. Bu haqda 9 iyun tarixində ShimalNews Quba – Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

İyun ayının 17-də saat 10:00-da Alekseyevka kənd tam orta məktəbində müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən 233 nəfərdən 209 namizəd test imtahanı mərhələsinə qatılmaq hüququ qazanıb.

Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.