Sabah İsmayıllıdan olan gənclər “Bir Peşənin Sirri” festivalına qatılacaqlar. Bu barədə ShimalNews 9 iyun tarixində məlumat verir.
Tədbir iyunun 10-u saat 11:00-dan 18:00-dək paytaxtın Dənizkənarı bulvarında (Saat qülləsinin yanı) keçiriləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ustad dərsləri və istehsal edilmiş məhsullar təqdim olunacaq.
Festivala gələnlər əylənərək öyrənəcəklər. Onlar müxtəlif peşələrdə özlərini sınayaraq, hədiyyəli viktorinalara qatılma şansı qazanacaqlar.
Giriş sərbəstdir.