İsmayıllının icra başçısı Nahid Bağırov sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 9 iyun tarixində RİH-yə istinadən məlumat verir.

Qəbul şəhər klubunun binasında baş tutub. Burada İH-nin nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Sakinlərin təklifləri və istəkləri dinlənilib. Bununla bağlı məsul şəxslərin iştirakı ilə araşdırma aparılıb. Səsləndirilən bir çox məsələlərin yerində həll olunmasına nail olunub. İcrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.