Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə ShimalNews 8 iyun tarixində Baş Prokurorluğa istinadən məlumat verir.
Araşdırmalar zamanı meşə fonduna daxil olmayan ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə ziyan vurulmasında əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə) maddələri ilə cinayət işləri başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.