“Böyük Qafqazın şimal-şərq yamacı müxtəlif tip torpaqlarında humus ehtiyatının öyrənilməsi” (Quba və Qusar rayonlarının timsalında) tədqiqatı aparılıb. Bu barədə ShimalNews 8 iyun tarixində Bakı Mühəndislik Universitetinə istinadən məlumat verir.

Universitetin Mühəndislik fakültəsinin Sənaye mühəndisliyi kafedrasının dosenti Əli İbrahimov və Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixtisası üzrə təhsil alan I kurs magistr-tələbəsi Ağabəy İbrahimli təcrübələr aparıblar.

Tədqiqatın məqsədi Böyük Qafqazın şimal-şərq hissəsində müxtəlif tip torpaqlarda humus ehtiyatının müasir vəziyyətinin öyrənilməsi, həmçinin hidrotermik rejimin və antropogen təsirlərin humus ehtiyatına təsirini öyrənməkdir.