Xaçmazda çox istifadə olunan küçələrin birində yol nişanları avtomobil axınına maneə yaradır. Bu haqda ShimalNews-a 7 iyun tarixində izləyicilərimiz məlumat verir.

Sürücülər bildirirlər ki, onlar M.Ə.Rəsulzadə küçəsindən çox istifadə edirlər. Bu yol genişdir və aydın deyil ki, hansı səbəbdən ona bitişik ensiz küçələrin qarşısında “Yol verin” nişanları quraşdırılıb.

Məsələn: S.M.Əfəndiyev küçəsindən nadir halda avtomobil keçər. Lakin artıq bir neçə nəqliyyat vasitəsi dayanmalı olur ki, bir avtomobil keçsin.

Bundan savayı, M.Ə.Rəsulzadə küçəsində illərdir ki, yol nişanı ilə bağlı digər maneə aradan qaldırılmır. Ş.Sultanov küçəsinin kəsişməsində “Stop” yol nişanı bir istiqamətdə quraşdırılıb. Qarşı istiqamətdən gələnlərə isə heç bir xəbərdarlıq olunmur. Nəticədə hər iki istiqamətdə hərəkətdə olan avtomobillər gözləməli olur.

Xaçmazda yol nişanları sürücülərə maneə yaradır