Qubada “Texno Qafqaz” yaradıcılıq festivalı keçiriləcək. Bu haqda 7 iyun tarixində ShimalNews Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Tədbir Zərdabi qəsəbə tam orta məktəbinin təşəbbüsü ilə təşkil edilir. Festival Quba-Xaçmaz RTİ-nin tabeliyində fəaliyyət göstərən Quba rayon təhsil müəssisələrinin şagirdləri arasında baş tutacaq.

Festival aşağıdakı kateqoriyalarda keçirilir:

  1. Maşın yarışları
  2. Dron yarışları
  3. Biznes və turizm
  4. Kənd təsərrüfatı
  5. Robottexnika
  6. Qısa Film
  7. Veb proqramlaşdırma
  8. Bacarıqlı əllər sərgisi
  9. Elmin möcüzələri
  10. Hərbi texnologiya
  11. Super beyinlər
  12. Ətraf mühitin mühafizəsi və təkrar istehsal

19 iyun tarixində Zərdabi qəsəbə tam orta məktəbində təşkili nəzərdə tutulan festivalın məqsədi məktəblilərin texnologiya sahəsindəki bilik və bacarıqlarının üzə çıxarılması, onlarda bu sahəyə marağın artırılmasıdır.