Qubada tibb işçiləri üçün təlimlərə start verilib. Bu haqda 7 iyun tarixində ShimalNews Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən məlumat verir.

Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən tədbirdə Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından gələn həkim-mama-ginekoloq, ailə həkimi, kardioloqlar, reanimotoloqlar iştirak ediblər. Təlimlərdə yüksək riskli hamiləlik ağırlaşmalarının yaranmasına səbəb olan tromboz risk faktorlarının hamiləlikdən öncə, hamiləlik, doğuş və zahılıq müddətində sübutlu qiymətləndirmə standartlarının müzakirəsinə  və standartların gündəlik ambulator-stasionar təcrübədə tətbiq edilməsinə həsr olunan mövzular haqda məlumat verilib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və iştirakçıların mövzu üzrə bilikləri qiymətləndirilib.