Xaçmazda yük qatarının vaqonundan oğurluq edilib. Bu haqda 5 iyun tarixində ShimalNews Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Hadisə Ləcət dəmir yolu stansiyası ərazisində baş verib. Polisə daxil olan məlumata əsasən, yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olması aşkar edilib.

Araşdırmalar Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Vaqondan 30 ədəd yağ filtrinin, 20 ədəd yağ qutusunun oğurlanması məlum olub.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sergey Atamanenko saxlanılıb. Faktla bağlı araşdırma aparılır.