“Qusar” FK Region Liqasının final qarşılaşmasında öz sözünü dedi. Bu barədə ShimalNews 5 iyun tarixində məlumat verir.

Finalda iştirak etmək üçün azərkeşləri ilə bərabər 600 km-dən çox yol qət edən komandamız çempion adını qazanıb!

Təmsilçimiz Zəngilanın “Çinar” komandasına Qeybulla Qocayev və Sərxan Ağayev sayəsində 2 cavabsız qol vuraraq ölkəmizi UEFA Region Kubokunda təmsil etmək hüququnu qazanıb.

Xüsusu diqqətə “mövsümün ən məhsuldar oyunçusu” Eşgin Tağıyev və “mövsümün ən yaxşı oyunçu” Tural Cəlilov layiq görülüblər.