Qusar rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bu haqda 5 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Qəza iyunun 4-ü Xuray kəndində qeydə alınıb. FHN-ə“VAZ” markalı iki minik avtomobilinin toqquşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Əraziyə cəlb olunan xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfəri çıxarıblar. O, müxtəlif xəsarətlərlə aidiyyəti üzrə təhvil verilib.