İsmayıllıda voleybol idman növü üzrə rayon birinciliyi keçiriləcək. Bu barədə ShimalNews 5 iyun tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 8-i saat 09:30-da 3 saylı məktəb-liseydə keçiriləcək. Şagird və tələbələr bir araya gələrək öz güclərini sınayacaqlar.