Xaçmazın Qımılqışlaq kəndində “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 5 iyun tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Tədbir iyunun 6-sı saat 11:00-dan 12:00-dək davam edəcək. Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.