Qusarda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Bu haqda ShimalNews 3 iyun tarixində məlumat verir.
“İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir Peşə Liseyində təşkil edilib. Tədbirdə tələbələrə mövzu ətrafında ətraflı məlumat verilmiş və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, təhsil almaq və s. kimi hüquqlarından danışılmışdır.
İştirakçılara mövzuya aid videoçarx nümayiş etdirilib.