FHN-in Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews 3 iyun tarixində nazirliyə istinadən məlumat verir.
Təngəaltı kənd tam orta məktəbində Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri təlim keçiriblər. Ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, yanğınların başvermə səbəbləri barədə məlumat verilib. İştirakçılara FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.