İsmayıllıda yük avtomobili minik avtomobilinin üzərinə aşıb. Bu haqda ShimalNews 3 iyun tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə İsmayıllı-Qaraməryəm- Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6-cı km-də qeydə alınıb. “KamAZ” yolun kənarında dayanan “VAZ-2107” markalı avtomobilə dəyərək, minik avtomobilinin üzərinə aşıb.
“KamAZ”ın sürücüsü və yanındakı sərnişin yüngül bədən xəsarətləri alıblar.
Araşdırma aparılır.