Xaçmazda it bir ailəyə hücum edib. Bu haqda ShimalNews 1 iyun tarixində Report-a istinadən məlumat verir.

Hadisə rayonun Qaraçay-Cek kəndində qeydə alınıb. Kənd sakinləri – 68 yaşlı Gülçöhrə Nuriyeva, 67 yaşlı Səccarə Nuriyeva, 24 yaşlı Novruz Nuriyev və 37 yaşlı Leyla Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara quduzluq əleyhinə peyvənd vurulub.