AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyənlərin müraciətləri qəbul ediləcək. Bu barədə ShimalNews 1 iyun tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlar fürsətdən yararlana bilərlər. Qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş şəxslərin namizədliyinə baxılacaq.

Namizədlər iyunun 23-ü saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yaxınlaşa bilərlər. Burada AQTA-nın sədri Qoşqar Təhməzli vətəndaşları qəbul edəcək.

Əlavə məlumatı “1003 – Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq əldə eləmək olar.