Qusardan Tovuza azarkeşləri aparmaq üçün pulsuz avtobuslar ayrılıb. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
“Qusar” FK Region Liqasının finalında çempionluq uğrunda mübarizə aparacaq. AFFA-nın dəsəyi ilə komandamıza nəqliyyat vasitələri ayrılıb. Yola düşmək istəyənlərdən 4 iyun saat 6:00-da (səhər) avtovağzalda olmaqları xahiş edilir.
Öncə matç haqqında xəbər vermişdik. Əsas isə azərkeşlərimizin təşkilatçılara ünvanladıqları iradlarını ictimaiyyətə çatdırmışdıq:
“Məkan seçərkən təşkilatçılar Qusardan Tovuza məsafəni nəzərə almayıblar. Bununla da insanlar ancaq bir istiqamətdə 610 km. məsafəni bazar günü qət etməli olacaqlar”