Quba-Xaçmaz yolundakı yeni körpüdə beton arakəsmələr götürülüb. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.

Bir müddət öncə sürücülər bizə müraciət edərək adıçəkilən yolda təhlükə olduğunu bildirmişdilər. Xaçmazdan Quba istiqamətində hərəkət edəndə lazımi işarələr və nişanlarla mühafizə olunmayan maneələr quraşdırılmışdı. Bu, xüsusən gecə vaxtlarında işıqlandırmanın olmadığı ərazidə qəzalara səbəb ola bilərdi.

Artıq bu məsələ öz həllini tapıb. Həmin ərazidən görüntülər əldə olunub.