Qubada “Viqas MED” psixoloji və nitq inkişaf mərkəzində ödənişsiz həkim qəbulu keçiriləcək. Bu barədə ShimalNews 1 iyun tarixində mərkəzə istinadən məlumat verir.

Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq. Qəbul “Totem” psixologiya mərkəzinin rəhbəri, klinik psixoloq Lalə Həmidli tərəfindən aparılacaq. Aşağıda qeyd olunan diaqnozlar üzrə 5-18 yaş aralığında şəxslər müayinə olunacaqlar:

✔Təşviş pozuntuları;

✔Panik atak;

✔Sosial Fobiya;

✔Yemə pozuntuları;

✔Obsessiv-kompulsiv pozuntu;

✔Depressiya;

✔Travma;

✔Ailə psixoterapiyası;

✔Yeniyetmələrlə psixoterapiya;

✔Davranış problemləri;

✔Özgüvən əskikliyi.

Ünvan: Quba şəhəri, Fətəlixan, 41A, Xan restoranının yanı. Qeydiyyat üçün 070/055 227 19 51 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.