İsmayıllıda Sərdahar kənd ümumi orta məktəbinin binasında vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 1 iyun tarixində RİH-yə istinadən məlumat verir.

Qəbulda RİH-nin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Kənd sakinlərini narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Sonda Sərdahar kəndində yaşayan balaca fidanlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edilib, xatirə fotosu çəkdirilib.