Lahıc yolunda hərəkət bərpa olunub. Bu barədə ShimalNews 1 iyun tarixində adıçəkilən quruma istinadən məlumat verir.
İsmayıllı – Lahıc – Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb ki, hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Bundan öncə Lahıc yolunda qayanın İsmayıllı rayonu ilə qəsəbə arasındakı əlaqəni kəsdiyi haqda xəbər vermişdik.