Xaçmaz şəhərində çox istifadə edilən yolda təmir aparılır. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
İşlər Bakı prospektində görülür. Asfaltın zədəli hissəsi qaşınır və yerinə yeni yol örtüyü salınır. Ərazi mühafizə olunub və buraya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və işçi qüvvəsi cəlb edilib.
Təmirin günün sonuna kimi yekunlaşması nəzərdə tutulur.