Köhnə Xaçmaz kəndində yerləşən tarixi abidənin mühafizə zonasında qanunsuz inşa edilən hasar sökülüb. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
Bir müddət öncə yerli əhəmiyyətli memarlıq abidəsi olan Alban kilsəsinin hasara alınması dayandırılıb. Keçirilən qanunamüvafiq tədbirlər nəticəsində bu tikili sökülüb.
Gələcəkdə bu halların təkrarlanmaması üçün və abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Daha öncə həmin məbəd haqqında ətraflı məlumat dərc etmişdik.