Qırmızı Qəsəbədən olan Dağ Yəhudilərinin nümayəndələri İsrail Prezidenti ilə görüşdə iştirak ediblər. Bu barədə ShimalNews 31 may tarixində Bizim.Media-ya istinadən xəbər verir.

İsrail Prezidenti İsxak Hersoq çıxışında Azərbaycan – İsrail dostluğunun tarixi köklərindən ətraflı danışıb. O, Azərbaycanda yaşayan Dağ yəhudilərinin burada mehriban bir ailə kimi gözəl yaşadığını vurğulayıb.

Görüşdə Qırmızı Qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Yurik Naftaliyev, İcmanın Ağsaqqal Şurasının sədri Yavuşva Simanduyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Telman Mixaylov və Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Yapo Yadadyayeva iştirak ediblər.

“Biz öz doğma Vətənimizdə digər bir ölkənin Prezidenti ilə görüşdük. İsrailin Prezidenti ilə doğma Azərbaycanda görüşmək bizə çox xoş oldu. Görüşdən çox razı və məmnun qaldıq, – deyə Y.Simanduyev bildirib.