Rusiya Federasiyası ilə sərhəddə yenidən inşa olunan “Xanoba” buraxılış məntəqəsi nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini sürətli qaydada aparacaq. Bu barədə ShimalNews 31 may tarixində quruma istinadən xəbər verir.

Şimal-cənub nəqliyyat dəhlizinin mühüm komponentlərindən olan bu gömrük postunda 13 keçid xətti müəyyən olunub. Bu, beynəlxalq ticarətin daha sürətli və asan şəkildə həyata keçirilməsi, ölkənin tranzit və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat axınının daha səmərəli şəkildə idarə olunması və mövsümi sıxlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq.