Xaçmaz və Qusar rayon xəstəxanaları təkliflər sorğusu elan edir. Bu haqda ShimalNews 30 may tarixində FED.az-a istinadən məlumat verir.

Sorğularda laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınması nəzərdə tutulur.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Satınalan təşkilatın email ünvanı: [email protected]

Satınalan təşkilatın ünvanı: Xaçmaz şəhəri, N.Nərimanov küç.,303.

Qusar Rayon Mərkəzi Xəstəxanası

Satınalan təşkilatın email ünvanı: [email protected]

Satınalan təşkilatın ünvanı: Qusar şəhəri, Məlikov, 2A.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır) və 13 iyun tarixinədək təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.