Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin qarşısında “Oxu bayramı” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 30 may tarixində RİH-yə istinadən xəbər verir.
Tədbir bu gün Quba Rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutub.
Burada icra başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, RİH-nin məsul şəxsləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.