İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 30 may tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Görüş iyunun 1-i saat 15:00-da Sərdahar kənd ümumi orta məktəbinin inzibati binasında baş tutacaq. Vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət edə bilərlər.