Qubada 2 nəfər arasında münaqişə bıçaqlanma ilə nəticələnib. Bu barədə ShimalNews 29 may tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Hadisə mayın 28-i şəhər ərazisində qeydə alınıb. Elman Muradov tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən E.Muradovu saxlayıblar. Araşdırmalar davam etdirilir.