Xaçmaz rayon sakininin iştirak etdiyi qəzada bir nəfər dünyasını dəyişib. Bu haqda ShimalNews 27 may tarixində Lent.az-a istinadən məlumat verir.
Hadisə mayın 26-da saat 04:00 radələrində paytaxt Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini F.Hümbətovun idarə etdiyi “Toyota” və Xaçmaz rayon sakini T. Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Toyota”da olan sərnişin Ə.Qarayev hadisə yerində ölüb.