Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialında olub. Bu haqda 27 may tarixində ShimalNews agentliyə istinadən məlumat verir.

Missiyanın üzvləri – Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, layihənin baş iqtisadçısı Sirma Demir Şeker, sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova, missiyanın digər üzvləri, eləcə də Layihə İcra Qrupunun rəhbəri Fəqan Əsgərov və Layihə İcra Qrupunun üzvü Faiq Sadıqov ilə birgə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.

Filialın müdiri Ramal Quluzadə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bölgədə görülən işlər, benefisiarlar, onların tələbatları, o cümlədən təqdim edilən aktivlər barəsində ətraflı məlumatlar verib.