Tovuzdan azyaşlını Xaçmaza gətirən, onun hüquqlarını pozaraq cinayət əməlində təqsirləndirilən şəxs məhkəmə qərarı ilə həbs edilib. Bu haqda 26 may tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunan 44 yaşlı Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Maddə 152. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə;
152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha öncə 3 uşaq atası Səfər Kavazovun saxlanılması barədə məlumat vermişdik.