Xaçmaz şəhərində velosipedçi qəza nəticəsində dünyasını dəyişib. Bu haqda ShimalNews 26 may tarixində Report-a istinadən məlumat verir.
Hadisə Bakı prospektində qeydə alınıb. Hələ ki şəxsiyyəti məlum olmayan, təxminən 50 yaşlarında olan velosipedçi kişi hərəkətdə olarkən “Khazar Assamant” markalı minik avtomobili tərəfindən vurulub.
Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.