Köhnə Xaçmaz kəndində yerləşən tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb. Bu barədə ShimalNews 26 may tarixində məlumat verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Yerli əhəmiyyətli memarlıq abidəsi olan Alban kilsəsinin hasarlanması dayandırılıb.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülür. Qanunvericiliyi pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
Daha öncə həmin məbəd haqqında ətraflı məlumat dərc etmişdik.