Xaçmaz rayonunda yerləşən Qafqaz Konserv Zavoduna sahibkarlar üçün infotur keçirilib. Bu barədə ShimalNews 25 may tarixində AQTA-ya istinadən məlumat verir.

Görüşdə konserv məhsullarının istehsalının və ixracının artırılması imkanları ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda bu sahədə müasir texnologiyanı və beynəlxalq standartları tətbiq edərək daha yüksək nailiyyətlər qazanmağın mümkün olduğu vurğulanıb.

Tədbir Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi (SOVQAT) layihəsi çərçivəsində təşkil olunub. Mövzu isə “Konserv istehsalında müasir texnologiyanın və dünya standartlarının tətbiqi və nəticələri” olub.