Xaçmaz rayonunda fermerin bağlarına baxış keçirilib. Bu barədə ShimalNews 25 may tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat verir.
Meyvə bağlarında xəstəliklərdən – unlu şeh, dəmgil, qara xərçəng, sitosporioz və s., zərərvericilərdən – yaşıl və boz mənənələr, alma meyvəyeyəni, alma mişarçısı və s. müşahidə olunub, qeydiyyatı aparılmışdır.
Eləcə də stasionar sahədə xəstəlik və zərərvericilərə qarşı biopreparatlardan istifadə edilməklə kiçik həcmli çiləmələr aparılıb.