Xaçmazın Nərəcan kəndində yerləşən təhsil müəssisəsi təmir olunur. Bu barədə ShimalNews 25 may tarixində RİH-yə istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyi tərəfindən Peşə məktəbinin əsaslı təmirinə başlanılıb və növbəti dərs ilinin əvvəlindən istifadəyə verilməsi planlaşdırılır.

İcra başçısı Elnur Rzayev burada dərslərin gedişi və təmir işlərinin aparılması ilə maraqlanıb. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tövsiyələrini verib.

Peşə məktəbi 1968-ci ildən fəaliyyət göstərir. O, 5 mərtəbə, 14 sinif, 2 kompüter otağı, 2 emalatxana, laboratoriya, kitabxana və akt zalından ibarətdir. Bina indiyədək əsaslı təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü.