Xəzər dənizinin Xaçmaz akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 25 may tarixində məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Nəticədə rayon sakinləri Elşad Əzizov və Güloğlan Baxışov saxlanılıblar. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.