Xaçmaz rayonunda fəaliyyət göstərən müəssisələrdə nöqsanlar aşkar edilib. Bu haqda ShimalNews 25 may tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.

Agentliyin əməkdaşları respublika üzrə monitorinqləri davam etdirirlər. Bu dəfə yoxlama nəticəsində 2 sahibkarlıq obyektində qayda pozuntuları aşkar edilib. Nöqsanları olan məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

“Orxan” market

Xaçmaz rayonu, Gülalan kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

2

“Şaurma Tantuni” kafesi

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi