Qusarlı şəhid Tural Əhmədovun ailəsi üçün inşa edilmiş yeni mənzilə baxış keçirilib. Bu barədə ShimalNews 25 may tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Mucuq kəndində baş tutub. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin anası Elza Əhmədova üçün 2021-ci ildə fərdi ev tikilib.
İcra başçısı Şair Alxasov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Qaldırılan məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verilib.
Elza Əhmədova onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.