Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 25 may tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Tədbir bu gün Şuduq inzibati ərazisində baş tutub. Burada icra başçısı Ziyəddin Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi, polis şöbəsinin rəis müavini, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.