İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunaraq istifadəyə verilib. Bu barədə ShimalNews 25 may tarixində TƏBİB-ə istinadən məlumat verir.

Laboratoriyanın xidmət sahələri genişləndirilib, burada Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri təşkil olunub. Fəaliyyətin bütün mərhələlərində insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb.

Analiz nəticələrinin hazırolma müddəti dəfələrlə qısalıb və cavabların sistemə avtomatik inteqrasiyası təmin edilib. Onları müəssisəyə gəlmədən onlayn şəkildə (https://lab.tabib.gov.az/ ) əldə etmək olar.