İsmayıllıya təşrif buyuran mobil göz klinikası sakinləri pulsuz müayinə edəcək. Bu barədə ShimalNews 25 may tarixində “Batıgöz Klinikası”na istinadən məlumat verir.

Səyyar xidmət “Batıgöz Klinikası”nın sosial layihəsidir. 24 may – 4 iyun tarixlərində İsmayıllı rayon icra hakimiyyətinin qarşısında peşəkar həkim kollektivi sakinlərə xidmət göstərəcək.

Fürsətdən faydalanmaq istəyənlər  *4033 / 012 310 40 33 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.