İsmayıllı şəhər sakini, 36 yaşlı Anar Mirzəyev özünü öldürüb. Bu barədə ShimalNews 25 may tarixində “Unikal“a istinadən məlumat verir.
Hadisə M.Əsədov küçəsi, ev 34 ünvanında baş verib. Burada yaşayan A.Mirzəyev sirkə turşusu içib. Onu xəstəxanaya aparmaq əvəzinə, ailə üzvləri evdə müalicə etməyə çalışıblar.
Mərhumun vəziyyəti pisləşəndən sonta təcili tibbi yardım avtomobili ilə Anar xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.