Xaçmazlı idmançılar beynəlxalq turnirdə 3 medal qazanıblar. Bu haqda 24 may tarixində ShimalNews Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Azərbaycan çempion kəməri turnirində Yusuf Abdullayev və Süleyman Şirinov 1-ci yeri, İlham Xəlilov isə 2-ci yeri tutublar.
Bakı şəhərində təşkil edilmiş yarış Azərbaycan Güləş Federasiyasının və “Aslanov Wrestling” güləş idman klubunun birgə təşkilatçılığı ilə keçirilib.