Qusarda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda 24 may tarixində ShimalNews məlumat verir.

Tədbir rayon Heydər Əliyev Mərkəzində təşkil edilib. Mərasimdə Rayon Polis İdarəsinin əməkdaşı Tural Ələskərzadə, Mərkəzi Xəstəxananın həkimi Rasim Vəzirxanov, gənc hüquqşünas Samirə Qasımova, şəhər 4 saylı məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Görüşdə çıxış edən spikerlər ölkə ərazisində narkomaniyaya qarşı aparılan mübarizədən, antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar.

Sonda “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub.