Qusar Dövlət Ləzgi Dram Teatrı Turqut Özakmanın “Adət” tamaşasını Xaçmazda nümayiş etdirib. Bu haqda 24 may tarixində ShimalNews Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Nümayiş Heydər  Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının  yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində keçirilib.

Tamaşa Xaçmaz rayon Mədəniyyət Mərkəzinin səhnəsində təqdim edilib.