Regionda ümumi təhsil barəsində canlı yayımda danışılacaq. Bu barədə ShimalNews 24 may tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Yayım mayın 25-i saat 19:00-da başlayacaq. Quba-Xaçmaz RTİ-nin müdiri Rüfət Hacıyev çıxış edəcək. Mövzu ilə bağlı suallar cavablandırılacaq.

Yayım Quba – Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən ediləcək.